Hindistan Rusiya qırıcılarının keyfiyyətini tənqid edib - «Rafale»lərin alınmasına üstünlük verilib

Hindistan hakimiyyəti Rusiya istehsallı "Su-30MKİ" qırıcılarının əvəzinə, «Rafale» təyyarələrini almaq qərarına gəlib.

«The Economic Times» nəşrinin yazdığı kimi, «Rafale» qırıcılarının uçuş məsfəsi 780-1055 kilometr təşkil etdiyi halda, "Su-30MKİ" təyyarələrinin uçuş məsafəsi 400-500 kilometr qiymətləndirilir.

Bundan başqa, «Rafale» gün ərzində 5 döyüş uçuşu həyata keçirə bildiyi halda, "Su-30MKİ"-lər cəmi 3 uçuş keçirmək gücündədir. Nəhayət, Fransa qırıcılarının «barajlama» qabiliyyəti Rusiya təyyarələrindən 1,5 dəfə yüksəkdir.

Hindistan Müdafiə Nazirliyi "Su-30MKİ" qırıcılarının cəmi bir üstünlüyünü qeyd edir - onlar ucuzdurlar. İdarədə qeyd ediblər ki, Fransa təyyarələri ən yaxşı «aşkarlama sistemi»nə və silahlara malikdirlər.

Beləliklə, Hindistan ümumi dəyəri 7,87 milyard avro təşkil edən 36 ədəd «Rafale» qırıcısı alıb. Onların ilk partiyası ölkəyə 2020-ci ilin mayında gətirilməidir.

AzPolitika.info

635x100

Şərhlər

Elli 2019-11-17 23:24:08

bu da tərifli rus qırıcısı.

Son yazılar