Tbilisidə etirazçılar parlament ətrafında barrikadalar qurublar - FOTO 

Tbilisidə etirazçılar Gürcüstan parlamenti ətrafında qum və daşlarla dolu kisələrdən barrikadalar qurublar.

"Report"un yerli bürosu xəbər verir ki, barrikadalar qanunverici orqana aparan yollarda yerləşdirilib.

Aksiya iştirakçıları və müxalifət liderləri gecə ərzində parlament ətrafında qalacaqlarını bildiriblər. Etirazçılar dəmir çəlləklərdə ocaq qalayıblar.

Qanunverici orqanın giriş qapılarının birinin qarşısında böyük ölçüdə hərbi çadır qurulub. Bu, ərazidə qurulan ikinci böyük çadırdır. Birinci böyük çadır parlamentin qarşısında Rustaveli prospektində quraşdırılıb və aksiya təşkilatçılarının qərargahı kimi fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar