Afinada təxminən 20 min nəfər ABŞ əleyhinə nümayişə çıxıb

Yunanıstanın paytaxtı Afinada "qara polkovniklər" xuntasına qarşı üsyanın 46-cı ildönümü ilə əlaqədar ABŞ əleyhinə nümayişdə azı 20 min nəfər iştirak edib.

"Report" RİA "Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli "Prototema" nəşri bildirib.

Polisin hesablamasına görə, təxminən 8 min nümayişçi kommunist həmkarlar ittifaqı PAME-nin kolonuna, 11 min nəfər isə sağ mərkəzçi SİRİZA-nın kolonuna qoşulub. Aksiya iştirkaçılarını 5 min polis əməkdaşı qoruyub.

1973-cü ildə tələbələrin hərbi xuntaya qarşı üsyanı amansızcasına yatırılıb, amma bu, xuntanın süqutunu gətirib çıxarıb. Yunanlar ABŞ-ı 1967-1974 illərdə xuntaya dəstək verməkdə ittiham edirlər və hər il üsyanın ildönümündə tələbələr qanlı yunan bayraqları ilə ABŞ səfirliyinin binası qarşısına gəlirlər. Axşam kütləvi nümayiş keçirilir.

Bir çox siyasətçinin fikrincə, ABŞ-ın dəstəyi olmasaydı, xunta bir gün belə, hakimiyyətdə qala bilməzdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar