Rusiya İdlibi bombardman edib - 9 dinc sakin həlak olub

Rusiyanın Hərbi Hava Qüvvələri İdlibin deeskalasiya zonasına növbəti hava zərbələri endirib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, zərbə zamanı 9 dinc sakin həlak olub, azı 10 nəfər xəsarət alıb. Mənbənin məlumatına görə, Rusiya ordusu Serakib şəhərinə, həmçinin Ureynibe, Fattire, Bsakla və Mellace yaşayış məntəqələrinə hava zərbələri endirib. Serakibdə zərbələr zamanı 4 dinc sakin həlak olub.

Qeyd edilir ki, oktyabrda Suriyanın şimal-qərbində 75 dinc sakin Rusiya Hərbi Hava Qüvvələrinin zərbələrinin qurbanı olub, onlardan 13-ü uşaqlardır.

Arasıkəsilməz atəşlər və hava zərbələri səbəbindən noyabrın əvvəlindən İdlibi 40 min dinc sakin tərk edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar