Bakıda üç nəfər eyni gündə itkin düşüb
Baxiş sayı:
Dərc olunub:
18/11/2019 - 09:37
Bakıda iki gənc qız və bir kişi itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noybarın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb.
Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbabayev küçəsi 3 ünvanından, 1987-ci il təvəllüdlü Teymur Kərimov eyni gündə yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanından çıxıb və bir daha geri qayıtmayıblar.
Hər üç şəxsin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Faktla bağlı aidiyyatı üzrə polis bölmələrində araşdırma aparılır.
Son yazılar
13:33
Ermənilər Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.