İranda iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub

İranda baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran hökumətinin sözçüsü Əli Rabii bildirib.

“Son günlər ərzində baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşına hücum edilib, onlar işgəncə verilməklə öldürülüblər”, - deyə Ə. Rabii vurğulayıb.

O qeyd edib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına soyuq və odlu silahlarla hücum edilib.

Xatırladaq ki, noyabrın 15-də gecə ölkədə davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekvivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar