Gürcüstan: küçə etirazları nə ilə nəticələnəcək? - FOTO

Seçki islahatlarının uğursuzluğuna cavab olaraq Tiflisin mərkəzində eyni anda iki aksiya keçirilir. Minlərlə insan müxalifəti dəstəkləmək üçün küçələrə çıxıb.

“Hamı minus bir nəfər – Bidzina getməlidir” adı altında keçirilən nümayişdə 20-ə yaxın siyasi qüvvə iştirak edir. “Exo Kavkaza” portalının Tiflisdəki müxbiri Serge Breqvadze hadisələrin gedişatını yaxından izləyənlərdən biri olub.

Aksiyaların təşkil edilmə şəklinə, səsləndirilən çağırışlara toxunan jurnalist bildirib: “Hal-hazırda insanlar artıq dağılmağa başlayıb, ancaq əminliklə söyləmək olar ki, iyunun 20-dən, yəni “Qavrilov gecəsi”ndən bəri bu, ən böyük aksiyalardan biri olub. Artıq bir neçə gündür – noyabrın 14-ü səsvermə günündən etibarən Rustavelli prospekti bağlanıb. Belə ki, həmin gün proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri qəbul edilməyib”.

Meydanda müxtəlif müxalif partiyaların nümayəndələri, vətəndaş fəalları, ictimai xadimlər çıxış edir. Onlar proporsional seçki sistemi ilə növbədənkənar seçkilərin keçirilməsini, parlament seçkilərinə qədər texniki hökumətin təyin edilməsini, Gürcüstan əhalisinin etibar etdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət seçki administrasiyasının yaradılmasını tələb edirlər.

“Avropa Gürcüstanı” partiyasının lideri Qoka Qabaşvili “Exo Kavkaza” portalına müsahibəsində hüquq mühafizə orqanlarını “Qavrilov gecəsi”ndə yol verdikləri səhvləri təkrarlamağa çağırıb: “Biz pultların köməyi ilə parlament zalında bu dəyişikliklərə hazır idik, sadəcə o, bütün xalqı aldatdı. Əlbəttə, hər şeyin bir həddi var. Bu hədd isə ondan ibarətdir ki, hər şey dinc, konstitusiya yolu ilə baş verəcək. İvanişvilidən fərqli olaraq, xalq qarşısında məsuliyyətimiz var. Digər tərəfdən, o, iyunun 20-də olduğu kimi addım atsa, xüsusi polis qüvvələrini xalqa qarşı çıxarsa, düşünürəm ki, polisin özü də, digər hüquq mühafizə orqanları da başa düşürlər ki, xalqa qarşı çıxmaq mümkün deyil”.

Son günlər bir çox müxalifət partiyası vəziyyətdən çıxmaq üçün danışıqlar aparır. Ötən gün bu cür danışıqlardan biri parlament binası yaxınlığında quraşdırılan çadırda baş tutub.

Demək olar müxalifət qüvvələrinin hamısı (“Avropa Gürcüstanı”, “Milli hərəkar”, “Azad Gürcüstan”, respublikaçılar, “Demokratik hərəkat – Vahid Gürcüstan” və başqaları) növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Hakim partiyanın nümayəndələri müxalifətin bütün təkliflərinə demək olar eyni cavabı verir: hazırda istənilən dəyişiklik Konstitusiyaya zidd olacaq.

Aksiya iştirakçıları majoritar yolla seçilən bir neçə deputatın 2020-ci ildə proporsional seçki sistemini rədd etməyini “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilinin müvafiq istəyi ilə əlaqələndirir. Onlar hesab edirlər ki, məhz İvanişvili bu cür seçki sistemindən imtina edib və bir neçə deputatı ölkə Konstitusiyasına müvafiq düzəlişlərin əleyhinə səs verməyə məcbur edib. (Xarici pressa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar