Tbilisidə aksiyanın dağıdılması zamanı 3 nəfər xəsarət alıb - 18 nəfər saxlanılıb

Tbilisidə etirazçılar parlament binasını yenidən bloklamaq niyyətindədirlər. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın binası qarşısında keçirilən aksiyada bildirilib.

Gürcüstan parlamenti isə fəaliyyətini bərpa edib. Büro iclasında çıxış edən spiker Arçil Talakvadze bildirib ki, parlament bütün əsas funksiyalarını yerinə yetirməkdə davam edəcək.

Bu arada aksiyanın dağıdılması zamanı xəsarət alanların sayı da açıqlanıb. Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, üç nəfər xəsarət alıb ki, onlardan da biri polis əməkdaşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar