Moskva və Ər-Riyad "S-400" kontraktının şərtlərini müzakirə edirlər 

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı və Rusiya arasında birinciyə "S-400" Zenit-Raket Komplekslərinin (ZRK) tədarükü barədə 2017-ci ildə imzalanmış kontrakt hələ ki, qüvvəyə minməyib. Bu barədə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin (HTƏFX) rəsmi nümayəndəsi Mariya Vorobyova xəbər verib. O, əlavə edib ki,hazırda kontraktın reallaşdırılması şərtləri müzakirə olunur.

«2017-ci ildə «Triumf» S-400 ZRK tədarükü barədə Səudiyyə Ərəbistanı ilə kontrakt imzalanıb. Hal-hazırda biz həmkarlarla həmin kontraktın qüvvəyə minməsinin qarşılıqlı-məqbul şərtlərini müzakirə edirik» - deyə, Vorobyova Dubayda bəyan edib («TASS»).

Səudiyyə Ərəbistanının milli Hava-Hücumundan Müdafiə (HHM) sisteminin qurulması üçün digər Rusiya komplekslərinin istifadəsi imkanları da istisna olunmur.

Vorobyova əlavə edib ki, tərəflər həm də Kalaşnikov avtomatlarının lisenziyalaşdırılması üzrə danışıqlar aparırlar. Ancaq buraxılacaq silahın konkret müddət və miqdarı barədə yalnız kontrakt imzalanandan sonra danışmaq mümkün olacaq.

Bundan əvvəl, xəbər verilmişdi ki, Rusiya və Səudiyyə Ərəbistanı "S-400" sistemlərinin oktyabr ayında tədarük ediməsi barədə razılığa gəliblər. "S-400"-lərin (2 milyard dollar dəyərində) tədarükü mövzusu prezident Vladimir Putin və Səudiyyə kralı Salman ben Əbdül-Əziz əl-Səud arasında keçirilən görüşün gedişində qaldırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar