Qarabağda erməni əsgəri minaya düşdü

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mina partlaması nəticəsində bir erməni hərbçisi yaralanıb. Virtualaz.org bildirir ki, bu barədə tert.am internet portalı xəbər yayıb.

Bildirilir ki, hərbçi Ermənistanın Tavuş bölgəsinin Çoratan icmasının sakinidir.

Berd icmasının rəhbəri Harutyun Manuçaryan portala açıqlamasında deyib: “Dünən mina partlaması nəticəsində hərbçi A. Sadyan yaralanıb. O, əməliyyat edilib, həkimlər onun ayağını dizdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar”.

İcma rəhbəri əlavə edib ki, yaralı Xankəndi hospitalına aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar