"İnterfax" agentliyinin məsul işçisi itkin düşüb

“İnterfax” xəbər agentliyinin redaktoru Marqarita İqnatova Moskvada itkin düşüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı paytaxt polisi də təsdiqləyib.

“Hazırda 1990-cı il təvəllüdlü qızın olduğu yer müəyyənləşdirilir. Anası polisə şikayət edib və axtarışlar davam etdirilir”, - Moskva polisinin məlumatında belə deyilir.

Qeyd edək ki, jurnalist M.İqnatova noyabrın 17-də səhər evdən kilsəyə getmək adı ilə çıxıb və geri qayıtmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar