Sumqayıtda yeniyetmə 42 yaşlı kişini bıçaqlayıb

Sumqayıt sakini qonşusunu bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan, 2004-cü il təvəllüdlü Şəfi Məmmədov münaqişə zəminində qonşusu, 1977-ci il təvəllüdlü Yasər Rüstəmova çoxsaylı bıçaq zərbələri vurub.Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar