Ermənistan Baş Qərargahının rəisi işdən çıxarılır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında və Müdafiə Nazirliyi Aparatında dəyişikliklər və ixtisarlar aparılır.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyanın başçılığı ilə keçirilən kollegiya iclasından sonra bəzi hərbçilər işdən azad edilib, yeni təyinatlar olub.

Məlumata görə, növbəti kadr dəyişiklikləri ilk növbədə generalları əhatə edəcək.

Bundan sonra işğalçı ölkənin Baş Qərargah rəsinin bir müavini olacaq. Hazırda bu vəzifəni tutan Onik Qasparyan sistemdə qalacaq. Onun Baş Qərargahın indiki rəisi Artak Davtyan əvəzləyəcəyi gözlənilir. Baş Qərargah rəisinin başqa müavinləri Andranik Markaryan, Stepan Qalstyan və Tiran Xaçatryanın gələcək taleyi məlum deyil.

A.Davtyanın baş hərbi müfəttiş Movses Akopyanın yerinə təyin olunacaq.

M.Akopyanın da yeni vəzifəyə təyin olunacağı istisna edilmir. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dayısıdır.

Qeyd edədk ki, noyabrın 18-də Ermənistan baş hərbi müfəttişin başçısının birinci müavinin və müavinin tutduqları vəzifədən azad ediliblər.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar