Yadigar Sadıqlı Müsavatdan xaric olunacaq? - “Bələ qərar olsa, təəccüblənmərəm”

Müsavat Partiyası Divanının son toplantısında Almaniyada “mühacir alveri” ilə bağlı yaranmış durum müzakirə olunub. Toplantıda bu qalmaqalla bağlı partiyaya ünvanlanan ittihamlar müzakirə olunub. Qərara alınıb ki, Müsavata qarşı irəli sürülən ittihamların araşdırılması üçün komissiya yaradılsın.

Xatırladaq ki, partiyanın xeyli sayda tanınmış simaları rəhbərliyi “mühacir alveri”nə şərait yaratmaqda ittiham edir, bununla bağlı mətbuatda mütəmadi çıxışlar edirlər. Onların sırasında partiyanın Divan üzvü Alya Yaqublu, başqanlığa namizəd olmuş Yadigar Sadıqlı da var.

Siyasi kuluarlarda dolaşan xəbərlərə görə, partiyada yaradılan araşdırma komissiyası bu şəxslərin cəzalandırılması, Müsavatdan xaric edilməsi məsələsinə baxacaq. Rəhbərliyi tənqid edən şəxslər Müsavat Partiyasına qarşı böhtan kampaniyası aparmaqla onun mövqelərinə zərbə vurmaqda ittiham olunacaqlar.

Yadigar Sadıqlı “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, partiya Nizamnaməsinə məsuliyyəti yaradacaq heç bir addım atmadığına qəti əmindir: “Mən partiya rəhbərliyini qeyri-şəffaf fəaliyyət göstərməkdə qınayıram və ictimaiyyət də şahiddir ki, qarşı tərəf bunu inkar edəcək heç bir fakt qoymur. Üstəlik, bu, Nizamnaməyə zidd deyil”.

O, qeyd edib ki, istər Divanın, istər MNTK-nın indiki tərkibi onun haqqında “üzvlükdən xaric olunma” qərarı çıxararsa, təəccüblənməyəcək: “Amma bu addımın partiya rəhbərliyi ətrafında gəzən söz-söhbəti səngidəcəyini düşünürlərsə, yanılırlar”.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar