İran ordusu Urmiya ətrafında hərbi təlim keçirir
Baxiş sayı:
Dərc olunub:
19/11/2019 - 15:35
İran Silahlı Qüvvələri Quru qoşunları komandanlığı ölkənin şimal-qərbində, Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri ətrafında “Zülfüqari-vilayət” adı altında hərbi təlimə başlayıb. “Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, hərbi təlimlər noyabrın 19-da axşam saatlarında başa çatacaq. Hərbi təlimi helikopterlər dəstəkləyib.
Qeyd edək ki, İran ordusu oktyabrda Urmiya şəhəri ətrafında Türkiyə-İraq sərhədləri yaxınlığında “Bir hədəf, bir güllə!” şüarı ilə hərbi təlim keçirib.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.