Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?(Yenilənib) 

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

***

Məşhur teleaparıcının Publika.az-a danışan həyat yoldaşı Dilruba Vaqifzadə xəbərin yalan olduğunu deyib:

"Yalan məlumatdır. Kampaniyadı da qurublar, təbii ki, elə bir şey yoxdur. Boş-boş xəbərlərdir. Bu xəbəri yayanları məhkəməyə verəcəm. Ciddi şəkildə təxribat gedir. Bu qədər qara piar olmaz".

Xatırladaq ki, bu barədə xəbəri Oxu.az yayıb. İddia olunub ki, xəbər onlara hüquq-mühafizə orqanlarından daxil olub.

635x100

Şərhlər

dadaşyev 2019-11-19 16:44:07

Cəmiyyətin tək-tük savadlı,dərin dünyagörüşlü,intellektual səviyyəsi çox yüksək olan adamlarına qarşı yekədodaq ərəblərlə oturub durmaqdan,yeyib içib öskürməkdən başqa bir işə yaramayan cahilləşmiş heyvan sürüsündəki nifrətə bax ki,necə ləkə yaxmağa çalışırlar.Kefli İsgəndər demiş,tfu sizin sifətinizə.

Son yazılar