“HÖKUMƏTƏ ƏSAS MESAJLARIMIZI ÖZƏL ÇATDIRIRIQ...” -  ABŞ səfiri 

“ABŞ, müstəqil, suveren, güclü Azərbaycanı dəstəkləyir. Hesab edirik ki, Konstitusiyada bəqərar olan dəyərlərə hörmət gsötərilməsi Azərbaycanı daha da gücləndirər”.

AzPolitika.info xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer səfirliyin Facebook hesabında izləyicilərin suallarını cavablandırarkən bildirib.

“Azərbaycanda siyasi azadlıqlarla bağlı problemlərə Vaşinqtonun münasibətinin dəyişmədiyini ifadə edən diplomat, bu istiqamətdə hökumət və vətəndaş cəmiyyəti ilə dialoqu davam etdirdiklərini qeyd edib: “Bizim sərbəst toplaşma azadlığının pozulmasını ifadə edən bəyanatımız oldu. Biz vaxtı çatanda belə problemlərə münasibətimizi ifadə edirik. Amma istəyirəm ictimaiyyət bilsin ki, bizim hökumətə əsas mesajlarımız özəl olaraq çatdırlır. Biz rəsmilərə bildirirk ki, ölkədə qanunların aliliyinin təmin olunması Azərbaycanın beynəlxalq imcininin yaxşılaşdırılması, xüsusən xarici sərmayələrin cəlb olunması üçün mühüm amildir”.

Səfir daha sonra ABŞ-ın iki enerji nəhəngi “Amoco” və “Şevron” şirkətlərinin səhmlərini sataraq Azərbaycanıln neft sektorunu tərk etməsinə də münasibət bildirib.

Li Litzenberqer qeyd edib ki, şirkətlərin bu qərarları ABŞ-ın Azərbaycanın enerji sektoruna marağının azaldığını ifadə etmir: “Bu, onların bazarlara daxil olmaq, bazarlardan çıxmaq, biznes mühiti, maliyyə planlamaları ilə bağlı verilmiş müstəqil qərarlarıdır. Vaşinqton Azərbaycanın enerji siyasətinə dəstəyini ifadə etmədə davam edir və biz Avropanın enerji təchizatını, enerji müstəqilliyini dəstəkləyən Cənub Qaz Dəhlizini dəstəkləyirik. Həmçinin Azərbaycanın enerji sektorunda çoxlu sayda ABŞ şirkətləri çalışır və onlar fəaliyyətlərini davam etdirirlər”.

Azpolitika.info

635x100

Şərhlər

Bəhi 2019-11-19 22:06:47

Cənab Li Litzenberqer, təbii ki, Azərbaycan vətəndaşlarının yaşamı ABŞ və Sizin üçün deyil, ilk növbədə bizim cəmiyyətin marağınadır. 26 ildir BMT TŞnin DQMV qətnaməsi icra olunmur və Bakıda işğalçı və tərəfdaşlarının "eşitmədiyi" saysız sülh-tolerantlıq forumları keçirilir! Həmin tədbirlər Beynəlxalq qurumları və iqtidarı qətiyyətli hərəkətə gətirməyib? Sizcə bu artıq iki milyona yaxın Qarabağlı ailələrinin doğma mülklərinə hüquqlarına haqsız münasibət deyilmi?

Son yazılar