Bu il Azərbaycanda 2454 əkiz, 72 üçəm, 4 dördəm doğulub

Bu ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104702 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalıbr. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar