Samuxda idarə etmədən çıxan minik maşını aşıb, bir nəfər xəsarət alıb

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Qarayeri yolunda qeydə alınıb.

Hərəkətdə olan Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nömrə nişanlı “Wolksvagen passat” markalı minik avtomobili idarə etməni itirib, nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2002-ci il təvvəllüdlü Rzayeva Nərmin Taleh qızı xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerində DYP əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar