"Əgər Çinlə saziş imzalanmasa, ABŞ rüsumları daha da artıra bilər" - Tramp

ABŞ prezidenti Donald Tramp güman edir ki, əgər Çinlə ticarət sazişinə nail olunmasa, Çin mallarına rüsumlar daha da artırıla bilər.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən bildirib.

Bununla yanaşı, ABŞ prezidenti Çinlə münasibətlərin yaxşı olduğunu bildirib

"Mənim Çinlə münasibətlərim yaxşıdır. Baxaq, görək nə olacaq", - o deyib.

"Əgər biz sazişi bağlamasaq, mən rüsumları daha da artıracam", - Ağ Ev rəhbəri əlavə edib.

Tramp daha əvvəl qeyd edib ki, əgər nail olunsa, rəsmi Vaşinqton və Pekinin son ticarət sazişi üzrə danışıqlar çərçivəsində birinci mərhələnin tamamlanmasını qeyd edəcək razılaşma ABŞ-da imzalanacaq. ABŞ prezidenti ticarət sferasında mübahisələrin nizama salınması üzrə Amerika-Çin danışıqlarında irəliləyişin olduğunu bildirib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar