“Mən öz hüquqlarımı tələb edəcəm, amma bu ölkədə yox...” - Elçin Əlibəyli

“Mənim yoldaşım Türkiyənin İstanbul şəhərində magistratura təhsili alır. İki gündür ki, ölkəyə qayıdıb və hələ ki, iş-güc əlindən biz bir-birimizin üzünü düz-əməlli görə bilməmişik. Saytlarda yazılanlar yalandır. Bunun konkret qüvvələr edir. Həyat yoldaşım da yayılan bu məlumatdan bərk əsəbləşib, hazırda onu sakitləşdirməyə çalışıram”.

Bu sözləri teleaparıcı Elçin Əlibəyli musavat.com-a həyat yoldaşı tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Teleaparıcı məsələni hüquqi müstəviyə çıxarmayacağını deyib: “Mən öz hüquqlarımı tələb edəcəm, amma bu ölkədə yox... Adıçəkilən 20-ci Polis İdarəsi ilə də əlaqə saxladım. Onlar bildirdilər ki, bu cür məlumat yaymayıblar”.

Qeyd edək ki, bu gün mətbuatda Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi barədə xəbərlər yayılıb.

Məlumata görə, teleaparıcı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində döyilərək, ona xəsarət yetirilib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar