İran ordusu hərbi təlimlərə başlayıb

İran ordusunun quru qoşunları ölkənin şimal-qərbində hərbi təlimlərə başlayıb.

Hərbi təlimlərdə 40 və 41-ci batalyonlar, pilotsuz uçan aparatlar bölməsi, 321-ci hücum bölməsi iştirak edir.

Hərbi təlimlərə ordunun havadan müdafiə qüvvələrinin helikopterləri dəstək göstərir.

İki gün davam edəcək hərbi təlimlərdə müxtəlif döyüş taktikalarının keçiriləcəyi bildirilir.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar