Oqtay Gülalıyev İstanbuldakı “Amerika xəstəxanası”na köçürüldü

Türkiyənin "Avrasiya" klinikasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülaliyev İstanbul şəhərindəki “Amerika xəstəxanası”na köçürülüb.Bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülaliyev öz Facebook hesabında məlumat verib.

“Az öncə atam Oqtay Gülalıyev İstanbulda yerləşən “Amerika xəstəxanası”na köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - deyə T.Gülalıyev əlavə edib.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev cərrahi əməliyyat olunub.

Bundan sonra Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra onun Türkiyəyə aparılmasına qərar verilib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar