A seriyasının prezidenti istefa verib

İtaliya çempionatının A seriyasının prezidenti Qaetano Miççiçe istefa verib.

Apasport.az saytının məlumatına görə, buna “Cenoa” klubunun sahibi Enriko Pretsiozinin ittihamları səbəb olub.

O bildirib ki, Q.Miççiçe 2018-ci ilin martında bu posta əsasnaməni pozaraq yiyələnib. A seriyasının rəhbəri vəzifəsindən ayrılan funksioner inamsızlığa görə belə addım atdığını bəyan edib: “Postumu tərk edirəm. Mənə inam olmayan vəziyyətdə işləyə bilmərəm. Bu vəzifədə olduğum müddətdə İtaliya futbolunun həm idman, həm iqtisadi baxımdan daha yaxşı duruma yüksəlməsinə çalışmışam”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar