Oqtay Gülalıyev əməliyyat olunur – Həyat yoldaşından açıqlama

Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin bu gün - noyabrın 20-də əməliyyat olunduğu bildirilir.

Bu barədə Azadlıq Radiosuna onun həyat yoldaşı Firuzə Gülalıyeva danışıb: «Oqtayı əməliyyata götürüblər. Amma əməliyyatın nə qədər müddət çəkəcəyi barədə heç nə demirlər. Hazırda əməliyyat başlayıb».

F.Gülalıyevanın sözlərinə görə, həkimlər hüquq müdafiəçisinin səhhəti ilə bağlı nə müsbət, nə də mənfi bir fikir bildiriblər. «Hər hansı vəd də yoxdur. Özü də komadadır, hələ də ayılmayıb», - F.Gülalıyeva əlavə edib.

Bu, O.Gülalıyevin ikinci əməliyyatıdır. Onun ilk əməliyyatı oktyabrın 30-da Bakıda «City Hospital»da gerçəkləşib.

Xatırladaq ki, noyabrın 19-da Oqtay Gülalıyev İstanbulda yerləşən «Amerika xəstəxanası»na köçürülüb.

635x100

Şərhlər

AAgahuseyn 2019-11-20 12:27:10

ALLAH şəfa versin.

AAgahuseyn 2019-11-20 12:27:10

ALLAH şəfa versin.

Son yazılar