Azərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır
Baxiş sayı:
Dərc olunub:
20/11/2019 - 12:10
Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayır.
"Report"un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.
Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: "Vətəndaş nəqliyyat vasitəsi ilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək. Sistemdə vətəndaşın mülkiyyətində olan bütün nəqliyyat vasitə sistemdə çıxacaq. Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə biləcəksiz. Ödəniş edildikdən sonra məlumatlar avtomotik olaraq Dövlət Yol Polisinə gedəcək".
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.