NATO kosmosu ayrıca əməliyyat sahəsi elan edir

Alyans kosmosda silah yerləşdirmək niyyətində deyil. Bu barədə NATO-nun baş katibi Yens berq məlumat verib. O, kosmik məkanın alyansın əməliyyatları, missiyaları üçün vacib olduğunu qeyd edib.

NATO quru, hava, dəniz və kiberməkanla yanaşı kosmosu ayrıca əməliyyat sahəsi elan etməyə hazırlaşır. Bu barədə alyansın baş katibi Yens Stoltenberq ötən gün Brüsseldə baş tutan mətbuat konfransında bildirib. O, bugünkü görüşdə NATO-a üzv ölkələrin xarici işlər nazirlərinin müvafiq qərara razılıq verəcəyini gözləyir.

Stoltenberq həmçinin qeyd edib ki, belə bir addım alyansın çəkindirmə və müdafiə vasitələrini möhkəmlətməyə davam etdiyini göstərir. NATO-nun baş katibi bildirib ki, kosmos alyansın əməliyyatları və missiyaları üçün böyük əhəmiyyət qazanmağa başlayıb.

“Dpa” agentliyi yazır ki, kosmosun ayrıca əməliyyat sahəsi elan edilməsi quru, hava, dəniz və kiberməkanda olduğu kimi mümkün kosmik hücumları kollektiv təhlükəsizlik prinsipi baxımından nəzərə keçirməyə imkan verəcək. Bu zaman Stoltenberq alyansın “kosmosda silah yerləşdirmək niyyəti olmadığını” vurğulayıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar