Ramil Usubov Moskvada - FOTOLAR

Moskva şəhərində MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin VII görüşü keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, 9 ölkənin müvafiq rəsmi şəxsinin iştirak etdiyi tədbirdə Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edib.

Gündəliyində MDB ərazisində regional təhlükəsizliyin təmin olunması, Təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlığın inkişafı kimi aktual məsələlərin durduğu görüşdə, həmçinin beynəlxalq terror təşkilatlarından gələn təhlükə və onların MDB ölkələrindəki fəaliyyətinə yol verməmək, MDB məkanında kimyəvi və bioloji təhlükəsizlik məsələləri müzakirə olunub.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxışında ötən görüşdə qarşıya qoyulmuş tədbirlər nəticəsində terrorçu təşkilatlara dair məlumat mübadiləsinin artdığını, beynəlxalq terrorçu təşkilatların qarşısını almaqda birgə addımların, habelə hərbi texniki əməkdaşlığın müsbət məcrada inkişaf etdiyini diqqətə çatdırıb.

O, həmçinin gələn il II Dünya müharibəsində qələbənin 75 illiyi ilə bağlı tədbirlər barədə də danışıb: “Bu əlamətdar tarix MDB ölkələrində, faşizmə qalib gələrək ölkələrimizin müstəqilliyini qoruyub saxlamış ata-babalarımızın xatirəsi əziz tutulan bütün ölkələrdə geniş qeyd olunacaq və işıqlandırılacaq”.

Görüşdə qlobal təhlükəsizlik və strateji sabitliklə bağlı digər məsələlər də müzakirə mövzusu olub.

[gallery columns="4" size="full" ids="570776,570777,570778,570779"]

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar