RUSİYADAN AZƏRBAYCANA NÖVBƏTİ HÜCUM - Zatulin, “ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun” deyir

Noyabrın 18-də Rusiyanın Birinci telekanalının populyar “Pozner” müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qarabağ münaqişəsini” də müzakirə ediblər.

Pozner həmsöhbətinə xatırladıb ki, bu yaxınlarda Dağlıq Qarabağa səfərinə görə Zatulini Azərbaycanda kəskin tənqid ediblər. Bunun ardınca Pozner Zatulindən onun bu münaqişənin çözümü yollarına dair fikrini soruşub.

Rusiya millət vəkili deyib ki, onun Dağlıq Qarabağ münaqişəsinə münasibəti “çoxdan formalaşıb”. Zatulin bu münaqişənin çözülə biləcəyinə dərindən əmin olduğunu deyib: “Bu həllin əsasında kompromis var. “Dağlıq Qarabağ Respublikası” heç kim tərəfindən tanınmayıb, amma o mövcuddur və yaşayır. Və sizə deyim ki, o heç vaxt və heç bir vəchlə, lap qoy formal olaraq Azərbaycanın tərkibinə qayıtmağa razılaşmayacaq”.

Zatulinin sözlərinə görə, hətta Sovet İttifaqı dağılanda da Azərbaycan Respublikasının Azərbaycan SSR-in keçmiş sərhədləri daxilində tanınmasında ifrata varılmışdı. “Çünki həmin vaxt, 1991-ci ildə üç il idi ki, münaqişə gedirdi və Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam şəkildə nəzarət etmirdi”.

Rusiya Dumasının vəzifəlisi deyib: “Buna görə də kompromis nə ola bilər? Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu və onun Azərbaycandan müstəqil olmaq istəyini tanımaq lazımdır”.

Zatulin məsələnin texniki tərəfini də izah edib. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağın müstəqillyini tanımalı, əvəzində isə Azərbaycana Dağlıq Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-i qaytarılmalıdır.

Bundan başqa Konstantin Zatulin həmin verilişdə Azərbaycanın 2016-cı ildə baş vermiş hücumunu pisləyib və Bakının “davakar bəyanatlarını” tənqid edib.

Bu da qeyd olunmalıdır ki, jurnalist Vladimir Poznerin də son vaxtlar Qarabağa dair bir sıra bəyanatları Azərbaycanda hiddət doğurub. Bu ilin əvvəllərində Ermənistana səfər edən jurnalist orada verdiyi müsahibədə Dağlıq Qarabağa getməyə imkan tapmadığından təəssüfləndiyini bildirmişdi. Bu barədə məlumat Poznerin saytında dərc edilmişdi.

Ermənistan ictimai telekanalına müsahibəsində Pozner Ermənistana və ermənilərə rəğbət bəslədiyini demişdi: “Təəssüf ki, Dağlıq Qarabağda ola bilmədim. Məmnuniyyətlə gedərdim, amma vaxt tapa bilmədim. Gedərdim ki, orada öz mövqeyimi bildirim. Qoy hamı, o cümlədən cənab azərbaycanlılar da başa düşsünlər ki, mənim ürəyim o tərəfdə yox, bu tərəfdədir”.

Pozner bunu da demişdi ki, Bakının “qara siyahısına” düşə biləcəyi onun qətiyyən vecinə deyil: “Tutaq ki, məni qara siyahıya saldılar, bundan nə olsun? Düşünürəm ki, ondan sonra da gecələr rahat yata bilməkdə davam edəcəyəm”.

“Azərbaycan Rusiya ilə bağlı xarici siyasətinə yenidən baxmalıdır”

Politoloq Elxan Şahinoğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, Konstantin Zatulin Azərbaycana qarşı təxribatlarından əl çəkmir: “Qarabağa gəlir, orada təxribatçı açıqlamalar verir, qondarma rejimə dəstəyini ifadə edir. Buna görə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota vermişdi. O, indi də müsahibəsində deyib ki, Dağlıq Qarabağın müstəqilliyini tanımalıyıq, Şuşa ilə yanaşı Laçın və Kəlbəcəri də unutmalıyıq. Görünür, bu təkcə Zatulinin fikri deyil, Rusiya hakimiyyətində onun kimi düşünənlər var. Onun ağzının üstündən vurmurlarsa, deməli belə düşünənlərin sayı artacaq”.

E.Şahinoğlu güman edir ki, Xarici işlər naziri Sergey Lavrov da elə düşünür: “Nəzərə alsaq ki, İrəvana səfəri zamanı o da rayonların adlarını çəkməsə də, demişdi ki, münaqişənin həllində Qarabağın da rəyi nəzərə alınmalıdır. Aydındır ki, Zatulinin bu müsahibəsinə görə Xarici İşlər Nazirliyi nota verməyəcək. Amma gərək aydınlaşdırılsın ki, Zatulinin fikirlərini Rusiya hakimiyyətində daha kimlər bölüşür. Əgər bölüşənlərin sayı çoxdursa, deməli Rusiyanın bu siyasəti Azərbaycanın maraqları ilə ziddir. Biz xarici siyasətimizdə artıq bunu nəzərə almaq məcburiyyətində qalacağıq”.

“AzPolitika.info”

635x100

Şərhlər

Vaqif 2019-11-20 19:16:22

Allah rəhmət eləsin,Vəfa Quluzadəyə.Rəhmətlik deyirdi ki,Rusiya öz içindən kiçik dövlətlərə parçalanmayınca Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına imkan verməyəcək.Rəhmətlik Rusiyanın tezliklə parçalanacağına da əmin idi.O ki,qaldı Zatulinin mənşəyinə-qonaqdanqalma-görünür qonaq erməni olub

Elli 2019-11-20 19:16:22

Qarabağ və ətraf yeddi rayon bizə qaytarılmasa heç bir sülh müqaviləsindən söhbət gedə bilməz. Xalq torpaqları tam şəkildə istəyir. zatulinə gəlincə onun dediyi sözləri Xalq qəbul etmir. On milyonluq Xalqımız torpaqlar uğrunda hələ mübarizəyə qalxmayıb. Qalxsaq erməninin külünü göyə sovuracayıq inşaallah.

Müfəttiş 2019-11-20 19:16:22

Urus nə desə qəbulumuzdur, ta qədimdən başbilənimizdir axı...

vuqar 2019-11-20 19:16:22

QARABAG.i almaq ucun PREZIDENT doyusken birisini MUDAFIE naziri qoyub ona her cure serait yaratmalidir!Neceki 1941-45 illerde Stalin Jukovun sayesinde Almanlari meglub etdi.Silah sursat canli quvve maliyye Turkiye kimide arxanda dostun ermenide ac-yalavac veziyyetde!Vallah 1 ay icerisinde onlari ordan qovmaq olar!Inaninki ermenilerin coxu orda olmek istemirler sadece biz lazim olan metodlardan istifade etmeliyik elbette itkiler olacaq bunada hazir olmaliyiq! QARABAG AZERBAYCANDIR!

musa 2019-11-20 19:16:22

ruslara inanmaq sadalohvlukdur . bu cindirlarin na dushunduyu biza aydindir . muharibasiz torpaq qayitmaz .

EJDER 2019-11-20 19:16:22

AY,CAMAAT QARABAQI,ETRAF RAYONLARI TELEB ETMELIYIK.BU ANALOQU OLMAYAN HOKUMET NAQIL DANIWIR,TORPAQLARI QAYTARMAQ GUCUNDE DEYIL.OTUZ IL GOZLEMEK OLAR

sus 2019-11-20 19:16:22

Hakimiyyətdə olanlar nə vaxta qədır ki, rusyönümlü olacaqlar, hələ başımıza çox iş gələcəkdir. Allah bundan betərin saxlasın!

kamil 2019-11-20 19:16:22

Qorxaqliq ve yene qorxaqliq .

Seyid 2019-11-20 19:16:22

Ermənilər Rusların köməyi ilə torpaqlarımızı alır. Bizim məmurlar da ruslardan medal və orden alır... Millətimiz də qış yuxusunda yatır nəyi pisdir ki...

TARİX 2019-11-20 19:16:22

BİR DƏFƏLİK BAŞA DÜŞMƏLİYİK:QƏDİM AZƏRBAYCAN TORPAĞINDA ERMƏNİ DÖVLƏTİNİ RUSİYA YARADIB.ZƏNCƏZURU,GÖYCƏNİ VƏ DİGƏR TORPAQLARIMIZI RUSİYA ƏLİMİZDƏN ALIB ERMƏNİLƏRƏ VERİB. QARABAĞI, ƏTRAF RAYONLARIMIZI DA RUSİYA İŞĞAL(ERMƏNİLƏR OZLƏRİ ETİRAF EDİRLƏR) EDİB.RUSİYADAN YAXŞI HEC NƏ GÖZLƏMƏK OLMAZ.RUSİYA PYOTURUN VƏSİYYƏTLƏRİNİ İCRA EDİR.MİLLƏT OLARAQ BÜTÖVLƏŞMƏLİ DOSTUMUZA DOST DÜŞMƏNİMİZİN VƏ DÜŞMƏNİMİZİN DOSLARINA DÜŞMƏN OLMALIYIQ.İQTİSADİYATIMIZI HƏRBİ QÜVVƏLƏRİMİZİ DAHA DA CÜCLƏNDİRMƏLİYİK.

AAgahuseyn 2019-11-20 19:16:22

zatulinim mənşəyi məlum olmadıqı kimi erməninində mənşəyi məlum deyil.Onlar QARABAQA nə vaxt ğəliblərvə ruslar İRAVANI onlara verərkən baxən İRAVAN əhalisinin necə faizi AZƏRBAYCANLI VƏ HECƏ FAİZİ erməni sortu məlum olmayanlar təşkil edib.Bundan sonra fikir bildir sortu qarışıq zatulin.

AAgahuseyn 2019-11-20 19:16:22

zatulinim mənşəyi məlum olmadıqı kimi erməninində mənşəyi məlum deyil.Onlar QARABAQA nə vaxt ğəliblərvə ruslar İRAVANI onlara verərkən baxən İRAVAN əhalisinin necə faizi AZƏRBAYCANLI VƏ HECƏ FAİZİ erməni sortu məlum olmayanlar təşkil edib.Bundan sonra fikir bildir sortu qarışıq zatulin.

t.ədalət 2019-11-20 19:16:22

Gəlin,özümüzü nadan yerinə qoymayaq.Zatulin Putinin ağzı ilə danışır.Sayın Ərdoğanın "Qarabağın açarı Putinin cibindədir"-ifadəsi elə-belə deyilməyib.....Unutmayaq ki,qeyrəti olan,geni ermənilərlə bulaşmayan azərbaycanlılar heç vaxt Qarabağın erməniyə qalmasına susmayacaq!

Son yazılar