İKİ İCRA BAŞÇISININ YERİ DƏYİŞDİRİLDİ - Sərəncam

Prezident İlham Əliyev Şahin Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rafil Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

635x100

Şərhlər

Şah zarkeşi 2019-11-25 15:33:23

DQMV ilə status-kvo yox, belə rakirovka Ağıla gəlmədi?

Vətəndaş 2019-11-20 19:27:05

Cənab Prezident Şəki yaddan çıxıb.....................?

Son yazılar