Fövqəladə Hallar Nazirliyinə 716,5 min avro cərimə kəsildi - İki dövlət qurumu arasında çəkişmə böyüyür

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

AzPolitika.info Banker.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi, protokola əsasən, nazirliyi 716 500 avro cərimələyib.

FHN İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər və ya dövlət qurumları inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.11.2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar