Yunanıstanda qaçqın düşərgələri ləğv olunur
Baxiş sayı:
Dərc olunub:
20/11/2019 - 20:20
Yunanıstan hökuməti Lesbos, Samos, Hios adalarında yerləşən üç ən böyük qaçqın düşərgəsini bağlamaq qərarına gəlib.“Report” DW–yə istinadən xəbər verir ki, hökumət sözçüsü mətbuat konfransı zamanı həmin düşərgələr əvəzinə göndəriş və tanınma mərkəzləri yaradacaqlarını açıqlayıb. Yeni mərkəzlərdə sığınacaq ala bilməyib vətəninə qaytarılacaq miqrantların yerləşdiriləcəyi bildirilir.
DPA xəbər verir ki, sığınacaq almaq ehtimalı olan miqrantlar ölkənin qitə hissəsinə göndəriləcək.
Qeyd edək ki, Avropa İttifaqında qüvvədə olan Dublin sazişinə əsasən, sığınacaq ərizəsi sahibinin ilk daxil olduğu ölkənin hökuməti tərəfindən araşdırılmalıdır.
Son yazılar
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.