“Sovet İttifaqını millətçilik dağıtmadı” - Putin

“SSRİ-nin dağılmasının Baltikyanı ölkələrdə millətçiliyin artması ilə heç bir əlaqəsi yoxdur. Sovet İttifaqının suqutu effektsiz iqtisadi siyasət üzündən baş verdi”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” forumunda çıxışı zamanı deyib: “Sovet İttifaqının suqutuna gəlincə, onun Baltikyanı ölkələrdəki millətçiliyə az dəxli var. Bu dağılmanın əsasında SSRİ-nin effektsiz iqtisadi siyasəti durur. Bu siyasət faktik olaraq sosial sferada kollaps yaratdı və siyasi sferada nəticələrə gətirib çıxartdı”.

Putinin sözlərinə görə, SSRİ-nin süqutunun nəticələri insanların düşündüklərindən də pis oldu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar