Naxçıvan qeydiyyatı olanların şəxsiyyət vəsiqəsi niyə “ASAN Xidmət”də dəyişdirilmir?

Noyabrın 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti və ya daimi yaşayan vətəndaşların şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsinə başlanılıb.

APA TV-nin xəbərinə görə, bunun üçün Bakı şəhəri, Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsi 46 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində səyyar xidmət keçirilir.

Lakin müraciət edən sakinləri yaradılan şərait tam qane etmir. Onlar bu şəraitin “ASAN Xidmət”də yaradılmasının tərəfdarıdırlar.

Səyyar xidmət dekabr ayının 5-dək davam edəcək. Yeni şəxsiyyət vəsiqəsi almaq və ya dəyişmək istəyən Naxçıvan MR-də yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar hər gün (bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan ünvana müraciət edə bilərlər.

Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyindən APA TV-yə bildirilib ki, 2020-ci ildə şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitəcək şəxslər də səyyar xidmətdən yararlana bilərlər.

635x100

Şərhlər

ILHAM 2020-11-30 16:39:04

BUMESELE MENI DE DERINDEN NARAHAT ELEYIR .FIKIRLESIB TAPARAM.

Aynur 2020-11-21 11:41:01

Men başa düşmürem niye naxçıvanlılar azerbaycan vetendaşı deyilki bakıdan ala bilmir şexsiyyet vwsiqesini .bele derd olar men iki atasız uşaq saxlayıram imkanım yoxdu nece gedim gelim iki uşağınan naxçıvana o qeder yol pulunu hardan alım bizim dövlet başçısı niye buna baxmır

Vetendaş 2020-11-21 00:40:21

Salam men naxçıvan qeydiyatındayam bakıdan şexsiyyet vesiqesi ala bilerem?

Haxverdıyefaa 2020-11-20 19:41:58

Salam.Bakida pasaport almak için Naxçıvan nümayendeliyi varmı ? Varsa havadadır?

Vətəndaş 2020-06-08 19:40:04

Eyni problemi bizdə yaşayırıq

Ruslan 2020-05-19 00:27:03

Salam men naxcivan geydiyatindayam bakida yasayiram kimliyimin vaxti bitib naxcivanada gede bilmirem burdada asan xidmet duzetir numayendelik geldi nece gun satarla nobeye durdum alimadi nece edim kimliyimi duzetirmek ucun bakida harda mumkundu senetsiz galmişam

vuqar 2019-11-20 19:24:36

Vasif Talibovun qorxusundan kimse buna cesaret ede bilmir Dovlet strukturlarini nezerde tuturam cunki bu boyuk bir gelir menbeyidir mueyyen qrup insanlar ucun.Azerbaycanin demek olarki butun bolgeleri ASAN xidmetden yararlana bilir tek NAXCIVAN xaric.

Son yazılar