Van Damm Azərbaycana təşəkkür edib -  FOTO

Dünya şöhrətli amerikalı aktyor Jan Klod Van Damm Qəbələ rayonunun Vəndam kəndində heykəlinin qoyulmasına görə Azərbaycana təşəkkürünü bildirib.

"Report" xəbər verir ki, Hollivud ulduzu bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.

“Azərbaycanın Vəndam adlı kəndində heykəltəraş Azad Əliyev tərəfindən JCVD heykəli qoyulub. Təşəkkür edirəm”, - Jan Klod Van Damm yazıb.

Qeyd edək ki, Qəbələnin Vəndam kəndində Jan Klod Van Dammın heykəltəraş Azad Əliyevin müəllifi olduğu abidəsi ucaldılıb.

Maraqllıdır, Qəbələdən, elə Vəndam kəndindən Qarabağ müharibəsində şəhid olanlar qala-qala bu torpaqlarla heç bir bağlılığı olmayan Van Damma heykəl qoymaq hansı ağlın məhsuludur?!

AzPolitika.info

635x100

Şərhlər

Oxucu 2019-11-20 22:34:25

Olmayan agilin elbette

Son yazılar