«Bizə ehtiyat planı lazımdır...» – Estoniya DİN başçısı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Estoniyanın daxili işlər naziri Mart Helme (Konservativ Xalq Partiyası) Finlandiyanın «Iltalehti» nəşrinə verdiyi müsahibədə deyib ki, Baltikyanı ölkələr «ehtiyat plan» hazırlayırlar. Belə ki, daha NATO-ya ümid bəsləmək olmaz – alyans böhran halındadır.

Baş nazir Yuri Ratas (Mərkəzçi Partiya) cavab verib ki, Estoniyanın bütün planları NATO-ya üzvlüyə bağlıdır, nədən ki, alyans həyat qabiliyyətlidir (err.ee).

Mart Helmenin sözlərinə görə, ehtiyat plan qaçılmazdır, çünki hökumət ümid bəsləyə bilmir ki, istənilən situasiyada NATO Estoniyanın ərazi bütövlüyünə və müstəqilliyininə zəmanət verə bilər.

«Demək istəmirəm ki, Makron NATO-nun beyin ölümü barədə mülahizə yürüdərkən, yüz faiz haqlıdır. Amma aydındır ki, alyansın problemləri var» - Helme bildirib.

Fransanın prezidenti Emmanuel Makron noyabrın əvvəlində bəyan edib ki, NATO-nun avropalı üzvləri daha ABŞ tərəfindən müdafiəyə ümid edə bilmirlər. «NATO beyin ölümü vəziyyətindədir, Avropa isə uçurumun kənarındadır. Əgər o, özü barədə strateji-geosiyasi güc mərkəzi olaraq, düşünməyə başlamasa, onu öz taleyi üzərində nəzarəti itirmək təhlükəsi hədələyir» - deyə, Makron bildirib.

Helmenin sözlərinə görə, o, Yaxın Şərqdə baş verənlərdən qüssələnir: amerikalılar gedirlər, Rusiya və Türkiyə isə dostluq münasibətləri qururlar. «Biz, Rusiyaya görə narahatlıq keçiririk. Mən, hökumətin iclasında dedim ki, biz, «böyük yoldaşlarımız»ın planları barədə bilməliyik. Mən, təkcə ABŞ-ı yox, həm də Böyük Britaniyanı nəzərdə tuturam. Bizi narahat edir ki, brekzitdən sonra Baltik ölkələrinin təhlükəsizliyi necə olacaq, Merkelin kansler postundan getməsi ilə Almaniyada nələr baş verəcək?» - deyə, Estoniya DİN başçısı bildirib.

O, Fransadan da arxayın deyil. «Fransızlar Rusiya ilə münasibətləri yaxşılaşdırmaq isiəyirlərmi? Hər şey aydın deyil. Heç kim bilmir ki, bundan sonra nə baş verəcək. Ona görə də bizə ehtiyat plan lazımdır. Amma bu, o demək deyil ki, biz, Rusiyanın Estoniyaya hücum edəcəyini düşünürük».

Helmenin sözlərinə görə, Estoniyanın Avropa İttifaqına (Aİ) ümid bəsləməsinə də dəyməz, nədən ki, o, dünyada «güc mərkəzi» deyil və Aİ gələcəkdə daha da zəifləyəcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar