Çavuşoğlu AP sədrini ikiüzlülükdə ittiham edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin rəhbəri David Sassolinin onunla görüşdə guya Türkiyənin Suriyadakı əməliyyatını pisləməsi barədə söylədiklərini ikiüzlülük adlandırıb.

"Report" xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.

"Avropa Parlamenti rəhbərinin üzümə qarşı dilə gətirə bilmədiyi bəzi şeyləri gerçəklik kimi paylaşması Avropa Parlamentinin qeyri-səmimi və ikiüzlülüyünün yeni bir nümunəsidir. Avropa xalqlarını təmsi edən birinin Avropa Parlamentində baş tutan görüşün məzmununu təhrif etməsindən məyusam", - deyə Çavuşoğlu özünün "Twitter"dəki səhifəsində yazıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar