Özəlləşdirmədən daxilolmalar 110% icra olunub

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə daxilolmalar 87,6 milyon manat təşkil edib.

"Report" bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2019-cu il üzrə büdcə proqnozundan 7,6 milyon manat və yaxud 10,95% çoxdur.

Bu il 125 özəlləşdirmə hərracı keçirilib. Hərrac iştirakçıları 122 sifarişi onlayn formada verib. Elektron hərrac sistemi ilə 10 iştirakçı hərraca onlayn formada qoşulub.

2019-cu ildə 4 səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib və həmin dövlət əmlakları özəlləşdirilib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar