Zelenskiy Ukraynada bərpa olunmuş körpünü açır

Prezident Volodymyr Zelenskiy Ukraynanın əsasən separatçıların nəzarətində olan Luqansk regionunda bərpa olunmuş körpünü açıb. Bu, ölkənin şərqində bərpa işləri yönündə simvolik addım sayılır. Zelenskiy noyabrın 20-də Facebook-da yazıb ki, bir neçə gün körpü tam işləməyəcək, sonradan nəqliyyat tam bərpa olunacaq.

Körpü Stanytsya Luhanska şəhərindəki Siverskiy Donets çayı üzərində yerləşir. Körpü 2015-ci ildə Ukrayna silahlı qüvvələri ilə separatçılar arasında toqquşmalar zamanı dağılıb. Həmin şəhərdə Kremlin dəstəklədiyi separatçıların nəzarət məntəqəsi də yerləşir.

Körpü dağıdılandan sonra yerli sakinlər qohumlarına, dostlarına baş çəkə, əks tərəfdən ərzaq və tibbi təchizat ala bilməyib.

Zelenskiy yazıb ki, körpü ensiz olduğundan üstündən tanklar keçə bilməyəcək. “Ancaq onun üstündən asanlıqla ambulans keçə bilər. Körpüdən ərzaq da daşımaq mümkündür, bir tərəfdən digərinə piyada keçmək də çətin olmayacaq”, – o vurğulayıb.

Körpünün bərpasına sentyabrın əvvəlində, ətrafı minalardan təmizlənəndən sonra başlanıb.

2014-cü ilin aprelindən Ukraynanın şərqində münaqişədə 13 mindən çox ölən olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar