“Prezidentin sərəncamı ilə Almaniyadan 542 lift alınıb” –  BŞİH sözçüsü problemlərə aydınlıq gətirdi

Bu gün “AzPolitika.info" saytınının əməkdaşı Bakıda yaşadığı binada qarşılaşdığı lift problemi ilə balı yazı dərc edib. Yazar qeyd edib ki, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 9-cu binanın birinci girişində lift 15 gün işləməyib. Bununla bağlı müvafiq qurumlara ünvanladığı müraciətlər isə cavabsız qalıb. Sonda məcbur olub, binada yaşyan sakinlər pul yığaraq lifti öləri tmir etdiriblər.  

“ Cənab Prezident, Sizi və bizi aldadırlar – Bakının lift təsərrüfatının rəhbərləri Sizə yalan məlumatlar verirlər – bu təsərrüfat bərbad hala gəlib, özü də məhz baxımsızlıq-xidmətsizlik səbəbilə! Bildiyimiz qədərində, Siz cari ilin may ayında «BakLiftTəmir» idarəsinə 40 milyon manat vəsait ayırmısınız. İndi bu cənablardan soruşmaq gərəkdir: cənablar, 40 milyonu neylədiniz ki, liftlərimiz «adəti üzrə» yenə də işləmir?!” -deyə müəllif bildirib.

Yazı  dərc olunduqdan sonra "AzPolitika.info" saytı ilə əlaqə saxlayan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsrafil Kərimov əməkdaşımızın qaldırdığı problemlərə münasibət bildirib.

O qeyd edib ki, həqiqətən bir müddət həmin binada lift işləməyib: “Onlar ilk növbədə binanın balans saxlayıcısı olan Mənzil İstismar Sahəsinə müraciət ediblər. Amma “JEK” onları başından edib. Sakinlər də özləri vəsait toplayaraq liftin yanmış matorunu dəyişdiriblər. Hazırda həmin binanın lifti işləyir. Problemin yaranmasının əsas səbəbi isə sakinlərin liftdən istifadəyə görə xidmət haqqını vaxtında verməməsidir. Ayda adambaşına liftə xidmətin haqqı 20 qəpikdir, amma bu cüzi vəsaiti də vermək istəmirlər. Beləliklə sakinlərin Lift İstismar İdarəsinə 150 manat xidmət haqqı borcu qalmişdı. Amma toplaşıb əvvəlcə 100 manat, daha sonra 50 manatı ödəyiblər. Hazırda onların borcu yoxdur”.

İsrafil Kərimov deyib ki, Yeni Günəşli, Hövsan və Qaradağ rayonu ərzasində sovet dövründə tikilmiş binalarda liftlərlə bağlı çox ciddi problemlər var: “Cənab Prezidentin sərəncamı ilə Bakıda binların liftləri hissə-hissə dəyişidirlməsi prosesi gedir. Sərəncama uyğun olaraq 542 lift alınıb. Almaniya şirkəti ilə müqavilə bağlanıb və artıq 492 lift Bakıya gətirilib. İlin sonuna qədər qalan bütün liftlər də gətiriləcək. Binalarda 200-dən artıq lift quraşdırılıb və FHN mütəxəsissləri onları istismara qəbul etdikdən sonra sakinlərin istifadəsinə verilib. Başqa binalarda liftlərin quraşdırılması isitiqamətində də işlər gedir. İlin sonuna qədər hamısı quraşdırılacaq. Məlumat üçün deyim ki, köhnə liftlər tamamilə sökülür, onların dam örtüyü təmir olunur, tol çəkilir”.

İ. Kərimov bildiriblər ki, bu istiqamətdə qənaət oluna vəsait hesabına əlavə olaraq 39 lift də alınıb, gətirilərək sakinlərin istifadəsinə veriləcək: “Liftlər Bakının rayonları arasında bölüşdürülüb. Qərara alınıb ki, Lökbatan qəsəbəsində yararsız olan 62 liftin hamsı dəyişdirilsin. Başqa rayonlarda da iş gedir. Qərara alınıb ki, payataxtın bütün ərazisində köhnə liftlər mərhələli qaydada dəyişdirilsin. Bu gün Lift İstismar İdarəsi Bakı şəhərində 5 mindən artıq liftə xidmət göstərir. Əlbəttə bununla müqayisədə 542 lift az görünə bilər. Bu il ölkə Prezidenti vəsait ayırmışdı və gələn il də bu istiqamətdə pul ayrılması nəzrdə tutulur. Bu məsələnin icrası Bakı Şəhər İcra Hakimiyyəti başçısının tam nəzarətindədir”.

Şöbə müdiri onu da vurğuladı ki, yeni quraşdırılan liftlərlə yanaşı hazırda istifadə olunan liftlərin təmir-bərpası işləri də aparılır: “Bununla bağlı 200-dən artıq mütəxəssis liftlərə xidmət göstərir. Bakıda mərkəzləşdirilmiş dispeçer məntəqələri yaradılır, onlar hansı binada problem yaranırsa, dərhal ora ezam olunurlar”.

“Yeni liftlər bir sıra müasir keyfiyyətlərinə və texniki parametrlərinə görə görə əvvəlki liftlərdən fərqlənirlər. Onlar YPS sistemi ilə təchiz olunublar. İşıq sönəndə, yaxud bir qəza anında sakinlər avtomatik olaraq təxliyyə olunurlar. Məsələn, liftdə gözdən əlillər üçün “Brayn” əlifbası da var ki, qəza anında ona toxunub dərhal təxliyyə oluna biləcəklər”-deyə İsrafil Kərimov vurğulayıb.

Sonda BŞİH sözçüsü bildirdi ki, Lift İstismar İdarsəinin və Bakı Şəhər İcra Hakimiyyətinin sakinlərdən xahişi var: “Hər bir sakin yaşadığı binadakı liftlərə münasibətini dəyişməlidir. Liftlərin zibillənməməsinə, xarab edilməməsinə, həmçinin təmir zamanı həddən artıq yüklənməməsinə nəzarət etməlidirlər. Eyni zamanda liftlərin bəzi metal hissəələrini oğurlayıb satırlar. Sakinlərdən xahişimiz budur ki, belə problemlərə də xüsusi nəzarət etsinlər”.

AzPolitika.info

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar