Britaniya şahzadəsi krallıq səlahiyyətlərindən imtina etdi – Cinsi təcavüz qalmaqalı

Aralarında yetkinlik yaşına çatmayan uşaqların da olduğu onlarla insana cinsi təcavüz etməkdə və insan alverində təqsirləndirilən milyonçu Cefri Epsteyn bir müddət öncə həbsdə olduğu kamerada intihar etmişdi.

Epsteynlə 2010-cu ilə qədər dostluq münasibəti olan şahzadə Endryu 17 yaşlı Virciniya Cufru cinsi münasibətə məcbur etməkdə təqsirləndirilmiş, amma iddialar rədd edilmişdi. Cufr şahzadəyə qarşı iddialarını məhkəmədə səsləndirməyə davam etmiş və onu 2001-ci ildə bir məclisdən sonra getdikləri evdə cinsi münasibətə məcbur etdiyini bildirmişdi. İddialar davam etdiyi müddətdə keçən həftə şahzadə “BBC”-də jurnalist Emili Maitlisin suallarını cavablandırmışdı. Bu müsahibədə şahzadə iddiaları təkzib etsə də, onun ziddiyətli fikirləri və davranışları nəticəsində bu müsahibə “tarixin ən pis PR faciəsi” olaraq, qiymətləndirilmişdi.

“CNNtürk” xəbər verir ki, bütün bunlardan sonra şahzadə Endryu hadisələrin kral ailəsinin fəaliyyətinə ziyan vurduğunu düşünərək, krallıq vəzifələrindən imtina etdiyini bildirib. Bu vəzifələrə görə onun aldığı 249 min funtluq maaş da ona verilməyəcək. Bakinqem sarayında verdiyi açıqlamada Endryu bildirib ki, vəzifələrindən kənarlaşması üçün Kraliçadan xahiş edib, Kraliça da bunu qəbul edib.

(xpressa.net)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar