“HAKİMİYYƏT O GÜNƏ QALMAYIB Kİ, ELƏ SƏVİYYƏSİZ..." - Əli Həsənovdan Ata ilə bağlı açıqlama

“Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistan Baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz “dialoqu” təşkil etsin".

Bu sözləri Axar.az-a açıqlamasında Prezidentin köməkçisi Əli Həsənov ictimai fəal olduğu iddia edilən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki bir kilsədə tərəfdarları ilə görüş keçirən Ermənistan Baş Naziri Nikol Paşinyanın tədbirinə qatılmasına münasibət bildirərkən deyib.

Ə.Həsənov sosial şəbəkələrdə və bəzi media orqanlarında A.Abdullayevin guya Azərbaycan hakimiyyətindəki şəxslər tərəfindən Milana düşünülmüş şəkildə göndərildiyi haqda iddiaları qəti şəkildə təkzib edib: “Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orada hansısa fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harada, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan hakimiyyətinin, o cümlədən YAP-ın ətrafında geniş dünyagörüşə, yüksək təhsilə və intellektə malik, ölkəmizdəki və xaricdəki ən nüfuzlu ali məktəbləri yüksək göstəricilərlə bitirən yetərincə gənc fəal cəmləşib:“Ehtiyac bildikləri halda və zərurət yarandıqda YAP gəncləri gərəkli addımlar atmağı bacarırlar və hakimiyyətin ideoloqları da nə zaman, hansı zəruri tədbirləri və necə görməyi yaxşı bacarırlar. Bunu Azərbaycan cəmiyyəti də hər zaman müşahidə edib. Təsadüfi deyil ki, cənab Prezidentimizin qarşımıza qoyduğu hədəflərə uyğun olaraq, erməni yalanlarının beynəlxalq miqyasda ifşa olunması sahəsində son illər necə qətiyyətli addımlar atılır. Təkcə Prezidentimizin “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda, MDB dövlət başçılarının toplantısında erməni faşizminin təbliğinə qarşı kəskin və qarşı tərəfi susduran çıxışlarını xatırlamaq kifayətdir. Böyük dövlət xadimi və peşəkar siyasətçi olan Prezidentimizin yüksək dəqiqliklə hesablanan sərrast çıxışı qarşısında qeyri-peşəkar Paşinyanın düşdüyü durum təkcə Azərbaycan xalqının yox, dünyanın gündəminə çevrilib və hələ də müzakirə edilir. Belə böyükmiqyaslı siyasət aparan dövlətimizin Ata Abdullayevə ehtiyacı olduğunu iddia etmək hansı məntiqin nəticəsidir?”

Ə.Həsənov bu özfəaliyyətləri kəskin qınadığını bildirib və bunun düşünülərək və ya düşünülmədən erməni dəyirmanına su tökmək kimi qiymətləndirib: “Kimsə, hardasa, hansısa təşəbbüsdə bulunursa, bunu Azərbaycan hakimiyyətinin adına yamamaq cəhdləri qətiyyən yolverilməzdir. Azərbaycan hakimiyyəti düşmənə qarşı siyasətini sərt milli iradə, yüksək intellekt, beynəlxalq hüquq müstəvisində aparır və hansısa erməni kilsəsində deyil, ən yüksək beynəlxalq tribunalardan səsləndirir və qəbul etdirir”.

635x100

Şərhlər

Müsyo Jordan 2019-12-02 18:44:30

Gör hakimiyyət nə gündədir ki/, sənin kimi adamlar illərdir Prezident Aparaı;nda məsulşöbəd mwdirlik edib,yalan, layiq olmadığınız var-dövlət sahibi olmusunuz.l olmusunuz/

mahir əliyev 2019-11-25 09:51:03

cənab Əli Həsənov,hakimiyyətin adından istifadə etməyin.Qara qışqırıq da salmaq lazım deyil.Hər nədirsə sizin xəbəriniz olmasa bu ola bilməz.

Asəf 2019-11-24 12:25:43

.. trol necə olmalı idi ki?

Oxucu 2019-11-24 02:26:44

Hörmətli Əli müəllim sizdən çox xahiş edirik bu səviyyədə insanların elə yerlərə göndərməyin.onlar millətə utanc gətirir.

Cahangir 2019-11-23 08:49:36

artıq öz agentini hazırlayır. Elə, R.Qazıyevi daim müşayiət edən Leyla xanım kimi.

Cabir 2019-11-22 18:05:01

Hökumət gör nə gündədir ki,....

mahir 2019-11-22 17:57:25

.. bu .....

ejder olma 2019-11-22 16:50:05

aye,o atasizinpolislerle wekilleri naqayirir.guya xeberiniz yoxdur

Nazim 2019-11-22 16:31:50

Bu çox böyük pazor, biabırçılıqdır bu millət hökumət üçün. Bunu danışmağa don geyindirməyə nə bilim nə demək adlandırmaq olar.

millət 2019-11-22 16:31:08

Bu çox böyük pazor, biabırçılıqdır bu millət hökumət üçün. Bunu danışmağa don geyindirməyə nə bilim nə demək adlandırmaq olar.

Millət 2019-11-22 16:30:05

Bu çox böyük pazor, biabırçılıqdır bu millət hökumət üçün. Bunu danışmağa don geyindirməyə nə bilim nə demək adlandırmaq olar.

Habil 2019-11-22 14:11:43

Hörmətli Əli müəllim sizdən çox xahiş edirik bu səviyyədə insanların xarixdə Azərbaycanı təmsil etmələrinə imkan verməyı.Necə olur ki,DTX.DİN,Diospora komitəsi bundan xəbərsiz olur.Mən baxdım o vidioya ət tökdüm.Vətənimi,xalqımı sevən bir insan kimi mənə çox təsir elədi.Bir sözlə Paşinyan bizi ələ saldı.Ermənistan mətbuatını izləyirəm,bizi lağ-lağaya qoyub gülürlər.

Vətəndaş 2019-11-22 11:35:51

Onu kim ora göndərib? Kefin istəyəndə İtaliya getmək elə də asan deyil...

Vətəndaş 2019-11-22 11:35:01

Onu kim ora göndərib? Kefin istəyəndə İtaliya getmək elə də asan deyil.

Vətəndaş 2019-11-22 11:33:53

Onu kim ora göndərib? Kefin istəyəndə İtaliya getmək elə də asan deyil.

Vylkan 2019-11-22 08:33:58

duz danışmırsan...

Mirbağır 2019-11-22 06:41:15

Güman ki, ..............Daşnaksyutun nümayəndəsi ilə əvəzləmək cəhdidir?

Rəhim Qaziyev 2019-11-22 04:01:07

Cənab Əli Həsənov,səviyyəsiz dediyiniz o ....ata deyilən birisinin.....video görüntüləri son aylarda sosyal şəbəkələrdə saytlarin ən populyar reklamına çevrildiyindən doğrudanmı bixəbərsiniz?!

t.ədalət 2019-11-21 18:42:46

Əli müəllim ,deyirsiniz ki,YAP savadlı kadrlardan ibarətdir.Ancaq biz həmin savadın,hələlkik şahidi olmamışıq.Əksinə,YAP-ın kadrları ölkə iqtisadiyyatını,artıq elə bir vəziyyətə salıblar ki,onu inkişaf etdirmək müşkülə çevrilib.Hərbi sahədə də hiss olunmur.Amma maliyyə oğurluğu sahəsində,əlbəttə, YAP-çılar öndədir..

Mirzə Çəlil 2019-11-21 18:42:46

Hakimiyyət o günə qalıb ki,sözçüsü........ təsir dairəsinə malik olsun.......

Özgür 2019-11-21 18:42:46

atanı İtaliyaya kim göndəribsə onu araşdırıb tapın.

Son yazılar