Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə olunub

Vətəndaş cəmiyyətinin təklifləri təqdim edilib

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Dəyirmi masa “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

AzPolitika.info-ya adıçəkilən qurumlardan verilən məlumata görə, tədbirdə vətəndaş cəmiyyətinin və dövlət qurumlarının təmsilçiləri 2020-2022-ci illəri əhatə etməsi nəzərdə tutulan yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı ilə bağlı təklifləri müzakirə ediblər.

Layihə eksperti Zaur İbrahimli qeyd edib ki, Azərbaycan 2011-ci ildən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə üzv olub. Hazırda Təşəbbüsə 79 ölkə qoşulub, son səkkiz ildə 100 ikiillik Fəaliyyət Planı qəbul edilib, 3800 öhdəlik müəyyən olunub. 2019-cu ildə 49 ölkədə Açıq Hökumət planları hazırlanır. Azərbaycanda da 2020-2022-ci illəri əhatə edəcək yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı müzakirələr başlayıb. Bu məqsədlə Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının əlaqələndirici qurum kimi çıxış etdiyi dövlət orqanları və QHT təmsilçilərindən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrup 2018-ci ildə müzakirələrə başlayıb, 2019-cu ildə irəli sürülən təkliflərə baxılıb. İşçi Qrupun iclasları açıq keçirilib, bu barədə sosial şəbəkələrdə və KİV-də elanlar verilib və maraq göstərən QHT-lər dəvət olunub.

Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə vətəndaş cəmiyyəti institutları da müzakirələrdə fəal iştirak ediblər. Hazırda 2020-2022-ci illəri əhatə edəcək yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsində ilkin olaraq elektron hökumətin inkişafı və elektron xidmətlətin genişləndirilməsi, təkmilləşdirilməsi, dövlət qulluğunda şəffaflığın gücləndirilməsi, dövlət satınalmalarının təkmilləşdirilməsi, maliyyə, təhsil, səhiyyə sahələrində şəffaflığın artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirləri nəzərdə tutulur.

Z.İbrahimli layihə çərçivəsində Açıq Hökumət Platforması tərəfindən hazırlanan təklifləri təqdim edib. Müzakirələrdə irəli sürülən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni təkliflər irəli sürülüb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar