ABŞ-ın Rusiyadakı yeni səfiri Con Sallivan olacaq

ABŞ Senatının komitəsi Con Sallivanın Rusiyada səfir kimi fəaliyyətini təsdiqləyib. Bu barədə komitənin saytı məlumat yayıb.

Hazırda o, Dövlət katibinin müavini postunu tutur. Con Sallivanla yanaşı, komitə daha 14 nəfərin xarici siyasətlə bağlı namizədliklərini təsdiqləyib. Con Sallivan daha öncə Pentaqonda, Ədliyyə və Ticarət Nazirliyində yüksək vəzifələrdə çalışıb. Dövlət Departamentində iki il çalışmasına baxmayaraq, Con Sallivan idarənin aparıcı fiqurlarından sayılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar