MİLLİ MƏCLİSDƏ YENİ OMBUDSMAN MÜZAKİRƏ OLUNDU - Noyabrın 25-də seçiləcək

Milli Məclisin İnsan hüquqları komitəsi Ombudsman vəzifəsinə yeni namizədlərin müzakirəsini yekunlaşdırıb.

Modern.az xəbər verir ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi müzakirə olunub.

Komitə müzakirəni yekunlaşdırandan sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub. Plenar iclas noyabrın 25-də keçiriləcək.

***

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilir. "Report" xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılır.

Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən üç xanımın namizədliyi irəli sürülüb.

Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezidentİlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edk ki, S.Əliyeva YAP İcraçı katibinin müavini, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Gözlənilir ki, yeni ombudsman da məhz o olacaq.

Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı 1979-cu il təvəllüdlüdür. O, Apellyasiya Məhkəməsinin sədrinin müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb. 2000-2006-ci illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006 - 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb. O daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apellyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub.

Kəmalə Abıyeva

Üçüncü xanım namizəd Kəmalə Əliyeva isə Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun Hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.

Məsələ komitənin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. Parlamentin plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Kəmalə Əliyeva

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra dir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. OnunOmbudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

635x100

Şərhlər

davud 2019-11-28 14:39:07

Kəmalə Abiyeva olsun.

İsaxan Vəliyev 2019-11-26 17:23:24

Mənə elə gəlir ki, yalnız mənfi şərhlər dərc olunur.

Üvtandil 2019-11-23 16:13:04

Ombudsman cidi,təcrübəli,sərbəst və söz sahibi olan birisi olmalıdır.Bunlar hansı baqajla haqq,ədalət,qanun, keşiyində dura bilərlər.Bu namizədlər bir daha ölkədə .... yaltaqlığı təmsil edəcəklər.Çünki onlrın heç bir şəxsi təşəbbüskarlığı olmayıb,ölkədə ciddi bir şəxs kimi tanınmayıblar və onlardan millətin heç bir gözləntisi mğvcud deyil və ola da bilməz!...

müəllim 2019-11-22 22:28:27

Hüquq üzrə fəlsəfə doktoru necə başa düşülür? Bu adam hüquq elmlərini bilir.yoxsa fəlsəfə elmini?AXı bunlar başqa-başqa elmlərdir və biri digərini təkrarlamır.Belə adın nə demək olduğunu açıqlayan varmı?Axı hüquq fənni ayrıca bir elm,Fəlsəfə tam başqa! Bunu müvafiq dərsliklərləvə kitablarla sübut etmək olur.Belə çıxmırmı ki. belə elmi ad yarımçıq təsəvvür yaradır və təkmil bir elm adamı olmanı şübhəli edir.ş

Aydın 2019-11-22 22:17:55

Maşallah!.Azərbaycanda kadr seçiminin analoqu yoxdur.Analoqu olmayan işlər elə bu iqtidardan çıxır. Allah Azərbaycan xalqının imdadına çatsın.amin.....

Vətəndaş 2019-11-22 20:00:28

Yenə yerlibazlıq,regiyonçuluq,qohubazlıq,klan,qudalar Həmişəki kimi. Qalan 90% əhaliyə heç nə olmaz vəssalam. Ancaq qul kimi işləmək.

Fərid Qurbanov 2019-11-22 17:53:33

Bunlardan ombudsman olar? Ölkəni məsqərəyə niyə qoyursunuz?Obmudsmaman təcrübəli,nisbətən yaşlı,dünyagörüşlü,hazırlıqlı,özünə gümanı olan şəxsdən olar.Ölkəni zarafatla idarə etməkdən yorulmadınız?

Fərid Qurbanov 2019-11-22 17:52:02

Bunlardan ombudsman olar? Ölkəni məsqərəyə niyə qoyursunuz?Obmudsmaman təcrübəli,nisbətən yaşlı,dünyagörüşlü,hazırlıqlı,özünə gümanı olan şəxsdən olar.Ölkəni zarafatla idarə etməkdən yorulmadınız?

Bashirov Qarib 2019-11-22 09:33:22

Məntiqlə Ombudsman,S.Novruzovun xanımı yox,son ana qədər adı sirr kimi saxlanılan K.Məhkəməsinin uzvu təyin ediləcək.Buişlər həmişə belə olub.

müəllim 2019-11-21 19:47:05

Ombudsman mütləq sözə baxan,zəif xanımlar olmalıdır? Yoxsa bilikli,təcrübəli,öz sözünü deməyi bacaran vətəndaş? Bəs deyilmi belə yarıtmaz kadr seçimi?Axı belə kadrlarla biz hər yerdə uduzuruq!

EJDER I 2019-11-21 19:47:05

aye,mutleq dipitat olajaq,sarakozi cani

sus 2019-11-21 19:47:05

Bu vəzifə heç vaxt yerinə yetirilməyib, formal olub.Qaldı E.Süleymanovaya özü həmeşə zalımın yanında olub.Yaqin ki,yeni seçilələrdəki onun bir tayı olacaq.

Ramiz 2019-11-21 19:47:05

....normal.öz ağlı.biliyi ilə işləyənlr yoxdur?Bunlardan nə olacaq ki?Ölkədə kadr qıtlığıdır?

Son yazılar