Ermənistan Futbol Federasiyasının sədri istefa verib

Bu gün Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

APA-nın “sputnik armenia”ya istinadla verdiyi xəbərə görə, iclasda AVRO-2020-nin seçmə mərhələsinin son turunda Ermənistan yığmasının İtaliyaya biabırçı məğlubiyyətindən sonra Ermənistan Futbol Federasiyasının sədri Artur Vanetsyanın istefa məsələsi müzakirə edilib.

İclasda A. Vanetsyanın istefası qəbul edilib.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin son turunda İtaliya öz meydanında Ermənistan yığmasına 9:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, A. Vanetsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktorudur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar