“Türkiyənin bir seçimi var” - ABŞ Dövlət Departamenti

 “Türkiyə ABŞ-la münasibətlərini yaxşılaşdırmaq üçün Rusiyanın “S-400” zenit-raket müdafiə sistemindən imtina etməlidir”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin məlumatında bildirilib.

Qeyd edilib ki, Türkiyənin bir seçimi var.

Xatırladaq ki, “S-400” müdafiə kompleksilə bağlı məsələ ABŞ və Türkiyə prezidentləri arasında müzakirə edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Vaşinqtondan rəsmi səfərdən Türkiyəyə dönərkən bildirmişdi ki, Ankara Rusiya silahından imtina etmək niyyətində deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar