ABŞ Səudiyyədə hərbi iştirakını artırır – Kontingent 3 min nəfərə qədər artacaq

Yaxın həftələrdə Səudiyyə Ərəbistanında (SƏ) Amerika Birləşmiş Ştatlarının (ABŞ) əlavə silahları yerləşdiriləcək, hərbi kontingent isə 3 min nəfərə qədər artırılacaq.

Prezident Donald Trampın Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanlanmış rəsmi məktubunda deyilir ki, bu tədbirlər İrana qarşı durmaq məqsədilə həyata keçirilir.

ABŞ hakimiyyətinin fikrincə İran bölgənin təhlükəsizliyi üçün təhdiddir və cari ilin sentyabrında Səudiyyə Ərəbistanı neftayırma müəssisələrinə edilmiş hücuma görə, məsuliyyət daşıyır.

Trampın məktubunun mətninə görə, SƏ-da yeni silahların yerləşdirilməsi radarları, raket sistemlərini və 2 eskadron qırıcıları nəzərdə tutur. Qüvvələrin bir hissəsi artıq SƏ ərazisinə daxil olub, qalanları isə yaxfn həftələrdə göndəriləcək.

ABŞ prezidentinin qeyd etdiyinə görə, hərbi kontingent bölgədə o vaxta qədər qalacaq ki, qarşıya qoyulmuş tapşırıqların həlli üçün gərəkli olsun.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar