Quba, Qusar və Xızıya qar yağıb - FOTOLAR

Ötən gün axşam saatlardan başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetr, temperatur isə mənfi 3 dərəcədir. Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 8 sm-ə çatıb. Temperatur Xınalıq və Qrızda mənfi 9 dərəcə, Qusarın Ləzə kəndində isə -15 dərəcəyədək düşüb.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar