Müxalifətçilər hakim partiyadan olan deputatların ofislərini qıfıllayırlar - Gürcüstanda

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası və ictimai fəallar hakim Gürcü Arzusu Partiyasından olan majoritar deputatların ofislərini qıfıllamağa başlayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, digər müxalif Vahid Milli Hərəkat Partiyasının üzvləri də aksiyaya qoşulublar.

Bir neçə deputatın ofisinin qarşısında müxalifətçilər və polis arasında qarşıdurma baş verib. Etirazçılar bəzi deputatların ofislərinin qapılarından qıfıl asmağa müvəffəq olublar.

Qeyd edək ki, qonşu ölkədə etirazlar noyabrın 14-dən etibarən başlayıb. Buna səbəb hakim Gürcü Arzusu Partiyasının təşəbbüskarı olduğu proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanunun parlamentdə qəbul edilməməsi olub.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar